SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bu rayonun 18 kəndinin adı səhv yazılıb

Bu rayonun 18 kəndinin adı səhv yazılıb

  • 16 sentyabr 2025, 19:54
Lerik

Bir çox kənd adlarında bu və ya digər dərəcədə hərf səhvlərinə rast gəlirik.

Yurd.Media "Modern.az"istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, Lerikdə 18 kəndin adının yazılışında hərf səhvi var:

"Bu səhvlərin aradan qaldırılması vacibdir. Küçə və digər yer adlarında Sovet dövründən qalma, bizə yad olan adlardan xilas olmalıyıq. Hesab edirəm ki, yerli bələdiyyələr bu işdə fəal olmalı və təşəbbüslərlə çıxış etməlidir” – deyə o qeyd edib.

Qeyd edək ki, müzakirə olunan qanun layihəsinə əsasən, prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Prime Leasing