SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü işləri: Kompensasiya ödənilir - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü işləri: Kompensasiya ödənilir - VİDEO

  • 26 iyun 2026, 20:39
Bakı

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü işlərinə başlanılıb.

Yurd.Media xəbər verir ki, sürətli qatar layihəsi çərçivəsində bir müddət əvvəl ərazidə yerləşən evlərin siyahıya alınması, nömrələnməsi və ölçülməsi işləri aparılı. Hazırda isə layihənin icra mərhələsinə start verilib.

Evləri və torpaq sahələri layihənin icrası üçün istifadə olunan sakinlərə kompensasiya ödənilir. Bəzi evlərin mülkiyyət sənədi olmasa da, onların sahiblərinin kompensasiya ilə təmin edilməsi nəzərdə tutulub.

ADY-dən “ARB Xəbər”ə bildirilib ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.

Dövlət Proqramına əsasən, Yeni Suraxanı-Hövsan xəttinin bərpası işləri çərçivəsində bəzi tikililərin dəmir yolunun mühafizə zonasına düşməsi barədə aidiyyəti üzrə məlumat verilib. Mühafizə zonasında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlarla birgə iş aparılır.

Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı-Hövsan xətti ilə yanaşı, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar xətlərinin də bərpası nəzərdə tutulur.

Qeyd edək ki, məsələ ilə bağlı də süjeti yayımlanıb.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü işləri: Kompensasiya ödənilir - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları