SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Bakı Metropoliteni”ndə yeni şöbə və departament rəhbərləri - FOTO

“Bakı Metropoliteni”ndə yeni şöbə və departament rəhbərləri - FOTO

  • 19 iyun 2026, 20:16

“Bakı Metropoliteni” QSC-də daha bir neçə şöbə və departamentə rəhbər vəzifələrə yeni kadrlar seçilib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub. O, bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.

Günel HüseynovaGünel Hüseynova

Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib. O, bundan əvvəl "BakuBus" çalışıb.

Cavid SüleymanovCavid Süleymanov

Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəsi müavini təyin edilib. O, bu təyinatadək həmin departamentdə Layihə İdarəedilməsi şöbəsinin rəisi müavini işləyib.

Fidan MirzəlizadəFidan Mirzəlizadə

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları