SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakı Metropoliteni İsveçrə sirkətindən 300 yeni vaqon alır

"Bakı Metropoliteni" İsveçrə sirkətindən 300 yeni vaqon alır

  • 23 yanvar 2026, 19:52

"Bakı Metropoliteni" QSC İsveçrənin "Stadler Rail Group" şirkəti ilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işləri nəzərdən keçirib. 

QSC-dən Yurd.Media-ya bildirilib ki,  qurumun İdarə Heyətinin (İH) sədri Vüsal Aslanov və "Stadler Rail Group"un İH-nin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti minimum istismar xərcləri olan 300-ə qədər yeni vaqonun alınmasını müzakirə edib.

Tərəflər 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işləri də nəzərdən keçirib. Layihələrin beynəlxalq maliyyə institutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilin sonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.

P.Şpuler "Stadler"in müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və yeni texnologiyalar üzrə təcrübələri barədə məlumat verərək bu bilikləri Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları