SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanda dron uçurmaq qaydaları qəbul olunacaq

Azərbaycanda dron uçurmaq qaydaları qəbul olunacaq

  • 10 iyul 2026, 19:39

Azərbaycanda dron uçurmaq qaydaları qəbul olunacaq.

Yurd.Media xəbər verir ki, Azərbaycanda çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.

Bununla bağlı "Aviasiya haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, layihə "Çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydaları"nın qəbul edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları