Son 10 ildə dövlətə məxsus “Azər-Türk Bank” ASC Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və yaxud onu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün az qala hər il cərimə ödəməli olub.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.
Məlumata əsasən, Bank yalnız 2020-ci ilin hesabatını vaxtında təqdim edib, qalan illər üçün isə 40-80 manat, 2021-ci il üzrə isə 14 hal üzrə 560 manat maliyyə sanksiyası ilə üzləşib.