SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Yaşlı kitabxana əməkdaşları üçün çətin sınaq: Attestasiya qalmaqalı

Yaşlı kitabxana əməkdaşları üçün çətin sınaq: Attestasiya qalmaqalı

  • 30 may 2026, 09:59

Azərbaycanda iyul ayında keçirilməsi planlaşdırılan kitabxana əməkdaşlarının attestasiya prosesi etirazlarla qarşılanıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, hazırda kitabxana sistemində işləyən əməkdaşlar imtahan proqramının əmək funksiyalarına uyğun olmadığını iddia edirlər.

Belə ki, sualların kitabxana işinin spesifikasını aşdığı və Dövlət Qulluğu imtahanları səviyyəsində olduğu qeyd olunur.

Kitabxana əməkdaşlarının böyük əksəriyyətinin 50-60 yaşdan yuxarı şəxslər olduğunu nəzərə alaraq onların bu cür ağır imtahan proqramını mənimsəməsinin çətin olduğu bildirilir. Xüsusən, Bakı şəhər kitabxanalarında maddi-texniki və kompüter bazasının zəif olduğu halda, İKT əsaslı proqramlar üzrə biliklərin yoxlanılmasının düzgün olmadığı vurğulanır.

Bundan əlavə, son 5 il ərzində attestasiyaya cəlb olunan əməkdaşlar üçün işəgötürən tərəfindən hər hansı ixtisasartırma kurslarının təşkil edilməyib.

Əməkdaşlar “kitabxanaçı” ştatı ilə işə qəbul olunsalar da, sonradan rəsmi sənədlərdə onların vəzifə adları “informasiya texnologiyaları mütəxəssisi” kimi göstərilib.

Digər tərəfdən, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanası attestasiya prosesindən kənarda saxlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları