SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Xankəndidə çay və qəhvə sevənlər üçün FESTİVAL - FOTO

Xankəndidə çay və qəhvə sevənlər üçün FESTİVAL - FOTO

  • 29 may 2026, 22:11
Xankəndi

Xankəndidə çay və qəhvə mədəniyyətinin təbliği ilə bağlı tədbirlər keçirilir.

Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  Yurd.Media-ya bildirilib ki, Xankəndi şəhərində Çay və Qəhvə Festivalının açılışı olub.

Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 20-dən çox yerli şirkət öz məhsullarını nümayiş etdirir. Xankəndi şəhərində. Zəfər meydanında keçirilən festivalda, tədbir iştirakçıları çay və qəhvə mədəniyyəti ilə yaxından tanış olmaq, müxtəlif növ məhsulları dadmaq və yerli istehsalçıların təqdim etdiyi yeniliklərlə tanış olmaq imkanı əldə edirlər.

Festival proqramına müxtəlif əyləncəli və mədəni tədbirlər də daxildir. Gün ərzində qonaqlar üçün konsert proqramları təşkil olunur, tanınmış ifaçıların çıxışları təqdim edilir.

Festivalın keçirilməsində əsas məqsəd yerli istehsalçıların fəaliyyətinin təşviqi, çay və qəhvə mədəniyyətinin təbliği, həmçinin Xankəndinin sosial-mədəni həyatının daha da canlandırılmasıdır.

Tədbir şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Festival mayın 30-dək davam edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları