SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
108 il əvvəl qurulan ilk demokratik respublikanın heyəti - SİYAHI

108 il əvvəl qurulan ilk demokratik respublikanın heyəti - SİYAHI

  • 28 may 2026, 22:43

108 il əvvəl Şərqdə qurulan ilk demokratik respublikanın heyəti bugün də ictimaiyyətin diqqət mərkəzindədir.

Yurd.Media "Modern.az"a istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. 

Həmin vaxt Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumidə Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.

Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər xğa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar. 

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. 

İlk hökumətin tərkibi belə idi: 

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri 

Xosrov Paşa bəy Sultanov - hərbi naziri

Məmmədhəsən Hacınski - xarici işlər naziri 

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri 

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri 

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri 

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri 

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri 

Camo bəy Hacınski - dövlət nəzarəti naziri.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları