Sumqayıt şəhərində yerləşən aptekin anbarından 40 mindən çox qeydiyyatsız dərman aşkarlandı.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Yurd.Media-ya bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.
Belə ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.