Güclü küləyin Bakıda yaşıllıqlara vurğuduğu zərər açıqlanıb.
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Yurd.Media-ya bildirilib ki, dünən axşam saatlarından davam edən güclü külək nəticəsində Bakıda 41 ağac sınıb.
Bildirlib ki, bu gün saat 10:00-a olan məlumata görə, 64 ağacın budaqlarının zədələnməsi qeydə alınıb.
"Qurumun əməkdaşları tərəfindən operativ şəkildə sınan ağacların götürülməsi və ərazinin təmizlənməsi işləri aparılır. Hazırda işlər davam edir. Bir neçə saata işlərin yekunlaşması nəzərdə tutulub", - məlumatda vurğulanıb.