SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Arxitektura Komitəsinin Füzuliyə hava daşımaları xərci açıqlandı

Arxitektura Komitəsinin Füzuliyə hava daşımaları xərci açıqlandı

  • 07 oktyabr 2025, 21:58

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Füzuliyə hava daşımaları xərci müəyyənləşib.

Yurd.Media FED.az-a istinadən xəbər verir ki, Komitə tərəfindən bununla bağlı keçirilən tender Bakı–Füzuli–Bakı istiqamətində hava daşımaları xidmətlərinin göstərilməsini əhatə edir.

Nəticədə qalib “Azərbaycan Hava Yolları” QSC olub.

Bağlanmış müqavilənin ümumi dəyəri 123 420 AZN təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 823 974 470 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Samir Rzayev Musa oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 11 ünvanında yerləşir. 

Prime Leasing