SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
“Paytaxt və ətraf ərazilərin real yüklənmə səviyyəsi bilinmir” - RƏY

“Paytaxt və ətraf ərazilərin real yüklənmə səviyyəsi bilinmir” - RƏY

  • 01 aprel 2026, 16:44
Bakı

Su təsərrüfatına rəhbərlik edən rəsmi şəxsin açıqladığı məlumata görə, son 35 ildə Bakı və Abşeron yarımadasında məskunlaşma ərazilərinin həcmi 2,6 dəfə, əhalinin sayı 2,1 dəfə artıb. 

Yurd.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

“Deməli, rəsmi statistikaya görə, 1990-cı ildə bu paytaxt da daxil Abşeron yarımadasında 2,2 milyon nəfər yaşayıb. Həmin dövrdə indikindən fərqli olaraq qeyri-rəsmi daxili miqrasiya olmadığı üçün rəqəmlər kifayət qədər realdır. Hazırda isə rəsmi statistika bu rəqəmi 3,2 milyon nəfər göstərir, yəni 45% artım. Halbuki rəsmi şəxsin dediyi 2,1 dəfə artım yaşayanların real sayının 4,5 milyon nəfər olduğunu göstərir. Başqa sözlə, rəsmi statistikada daxili miqrasiyanın uçotunun olmaması səbəbindən paytaxt və ətraf ərazilərin real yüklənmə səviyyəsi bilinmir”, - deyə o qeyd edib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları