Son dövrlərdə yağan qar və yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının artımına səbəb olub.
Babək Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, Heydər Əliyev su anbarında hazırda 33 milyon 70 min kubmetr su ehtiyatı toplanıb. Ötən ilin quraqlıq keçməsinə baxmayaraq, ilin son aylarından etibarən müşahidə olunan yağıntılar su balansının bərpasına müsbət təsir göstərib.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, 2025-ci ilin 31 mart tarixinə muxtar respublikada ümumi su ehtiyatları 210 milyon 200 min kubmetr olub. 2026-cı ilin eyni dövründə isə bu göstərici 165 milyon 150 min kubmetr təşkil edib.
Qeyd olunub ki, dağlıq və dağətəyi ərazilərdə yığılan qar ehtiyatları çayların qidalanmasını gücləndirir və su anbarlarında suyun toplanmasını sürətləndirir. Son günlər yağan yağışlar və qar örtüyünün əriməsi nəticəsində çaylarda su axını artıb, bu isə su anbarlarına daxil olan suyun həcmini yüksəldərək ümumi su ehtiyatlarının artmasına şərait yaradır.
Xatırladaq ki, 2025-ci ilin 1 dekabr tarixində Heydər Əliyev su anbarında su ehtiyatı cəmi 14 milyon 750 min kubmetr təşkil edirdi.
