SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bir ayda 5 minə qədər partlamamış hərbi sursat tapıldı

Bir ayda 5 minə qədər partlamamış hərbi sursat tapıldı

Bir ayda 5 minə qədər partlamamış hərbi sursat tapıldı.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) Yurd.Media-ya bildirilib ki, azad olunan ərazilərdə mart ayı ərzində 267 tank əleyhinə mina, 236 piyada əleyhinə mina, 4922 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bildirilir ki, ötən ay həmçinin 5336.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ΑΝΑΜΑ, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları