SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Taksilər üçün yeni tələblər olacaq - SƏRƏNCAM

Taksilər üçün yeni tələblər olacaq - SƏRƏNCAM

  • 31 mart 2026, 14:32

Azərbaycanda taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərə dair yeni tələblər tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, Azərbaycanda "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də dəyişiklik olacaq.

Belə ki, Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə" 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də müvafiq dəyişiklik edib ölkə Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları