SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ermənistana növbəti yük qatarı yola düşəcək

Ermənistana növbəti yük qatarı yola düşəcək

  • 14 avqust 2026, 21:38

Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola düşəcək. 

Yurd.Media xəbər verir ki, sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları