SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Böyük Qayıdış: Xankəndiyə 100-dən çox sakin köçdü

Böyük Qayıdış: Xankəndiyə 100-dən çox sakin köçdü

  • 14 avqust 2026, 15:04
Xankəndi

Böyük Qayıdış proqramı çərçivəsində Xankəndiyə 100-dən çox sakin köçüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində köçürülən 102 nəfərdən ibarət 22 ailəyə yeni mənzillərinin açarları təqdim olunub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimatı mərasimində çıxış edərək, sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib, onlara yeni həyatlarında xoşbəxtlik və firavanlıq arzulayıb.

Mahmud Əfəndiyev Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir.

Qeyd olunub ki, doğma yurdlarına qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün Xankəndidə bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları