SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ağaclar kəsilən küçələr AÇIQLANDI

Ağaclar kəsilən küçələr AÇIQLANDI

  • 14 avqust 2026, 20:54

Paytaxtda və ətraf ərazilərdə ağacların kəsilməsi halları üzə çıxıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Yurd.Media-ya bildirilib ki, son bir həftə ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bildirilib ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Bu, Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində olub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları