SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Dövlət Agentliyindən potensial təchizatçılara ÇAĞIRIŞ

Dövlət Agentliyindən potensial təchizatçılara ÇAĞIRIŞ

  • 14 avqust 2026, 17:19

Satınalmalar sahəsində iştirakçı sayının artması sağlam rəqabəti gücləndirir, sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) sədrinin müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.

O bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal iştirak etməyə çağırıb.

Onun sözlərinə görə, 2026-cı ilin I yarısında elektron satınalmalar dövlət büdcəsinə 294,3 milyon manat qənaət etdirib.

Qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% təşkil edib.

Mirzə Mirzəyevin sözlərinə görə, dövlət satınalmalarında rəqəmsal transformasiya istiqamətində müsbət dinamika müşahidə olunur.

“2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Ötən il 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9% təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir”, – deyə o qeyd edib.

Sədr müavini vurğulayıb ki, müsbət dinamika cari ildə də davam edir. Belə ki, 2026-cı ilin I yarımili ərzində 3500-ə yaxın elektron satınalma keçirilib və onların ümumi məbləği 1,7 milyard manat təşkil edib. Həmin dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.

Mirzə Mirzəyev həmçinin vurğulayıb ki, 2026-cı ilin I yarısında 1 144 satınalma üzrə yekun protokol ləğv edilib.

Trend-in təlimdəki müxbiri xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.

“2026-cı ilin birinci yarımili ərzində ümumilikdə 3489 elektron satınalma keçirilib və bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib. Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib. Qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% olub. Əldə olunan nəticələr maliyyə intizamının gücləndirilməsi, əlavə xərclərin minimuma endirilməsi və satınalma məsrəflərinin optimallaşdırılmasına şərait yaradıb”, - deyə o bildirib.

Mirzə Mirzəyev dövlət satınalmalarında rəqabətli mühitin genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb:

“Rəqabətli mühitin genişləndirilməsi daha çox sahibkarın dövlət sifarişlərinə çıxış imkanlarını artırmaqla yanaşı, satınalma nəticələrinin daha səmərəli formalaşmasına da imkan yaradır. Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Dövlət satınalmalarında çoxiştirakçılığın təmin edilməsi iqtisadi fəallığın stimullaşdırılmasına xidmət edir”.

Sədr müavini satınalma proseslərinə nəzarət mexanizmlərindən də danışıb.

“Satınalma proseslərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət də satınalma sisteminin mühüm elementidir. Bu prosesdə iştirak edən hər bir tərəfin funksiyası qanunvericiliklə müəyyən edilir. Dövlət satınalan təşkilatları satınalma prosesini həyata keçirir, sahibkarlar təkliflərini təqdim edir, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə dövlət satınalmaları sisteminin tənzimlənməsi, metodoloji dəstəyin göstərilməsi, monitorinq və nəzarət funksiyalarını həyata keçirir”, - deyə Mirzə Mirzəyev qeyd edib.

O bildirib ki, bu funksiyaların icrası çərçivəsində dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində də tədbirlər görülüb:

“I yarımildə müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1144 yekun protokol ləğv edilib”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları