SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Yolların təmiri bəzi avtobusların marşrutunu dəyişdi

Yolların təmiri bəzi avtobusların marşrutunu dəyişdi

  • 14 avqust 2026, 22:22
Bakı

Yolların təmiri ilə əlaqədar bəzi avtobusların marşrutu dəyisib.

Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

Skat.az - Ev və Avtomobil elanları