SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Hüquq-mühafizə orqanlarının adından 12 min nəfərə saxta bildiriş göndərilib - XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının adından 12 min nəfərə saxta bildiriş göndərilib - XƏBƏRDARLIQ

  • 01 aprel 2026, 22:48

Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib.

Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) Yurd.Media-ya bildirilib ki, Azərbaycanda vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb.

Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.

İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

* Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını açmamaq;

* E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;

* Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;

 * Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;

Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.

Xidmətdən vurğulanıb ki, hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları