Möminə xatun türbəsinin təmiri 10 milyon manatdan baha başa gələcək.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamla türbədə bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.
Qeyd edək ki, Prezidentin 2025-ci il may ayında imzaladığı sərancam ilə abidədə bərpa və konservasiya işlərinin aparılması üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdı.