SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İlham Əliyev və Mehriban Əliyeva Buxaranın ən böyük məscidində - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Buxaranın ən böyük məscidində - FOTO

  • 24 avqust 2026, 20:37

Dövlət başçıları və xanımları Buxaranın ən böyük məscidini ziyarət ediblər.

Yurd.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində "Poyi-Kalon" kompleksi ilə tanış olublar.

Qeyd edək ki, bu kompleksin adı "Böyüyün ətəyində" mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları