“Unibank”ın səhmdarları olan şəxslər dividend ala bilər.
Yurd.Media xəbər verir ki, “Unibank” ASC martın 12-də, saat 15:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Bank bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, yığıncaq “Unibank”ın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən olacaq.
Səhmdarlar Bankın 2025-ci il üzrə maliyyə nəticələrini müzakirə edəcək, mənfəətini bölüşdürəcək, təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələləri nəzərdən keçirəcək.
Əsas səhmdarı Eldar Qəribov olan “Unibank” ötən il 25,8 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 26,4% çoxdur.