SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Unibank”a yaxın şirkət səhmdarlarını sevindirmək istəyir

“Unibank”a yaxın şirkət səhmdarlarını sevindirmək istəyir

  • 04 dekabr 2025, 11:45

Yanvarın 9-da, saat 11:00-da Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.

Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.

Yığıncağın gündəliyinə 2025-ci ilin maliyyə yekunları, dividend ödənişi və digər məsələlər daxildir.

Xatırladaq ki, "BOA Agency"nin səhmlərinin 40%-i İlkin Qəribliyə məxsusdur. O, “Unibank” ASC-nin səhmlərinin 94%-dən çoxuna nəzarət edən Eldar Qəribovun oğludur.

Prime Leasing
SPE Annual Caspian