Bu ilin yanvar-sentyabr aylarının yekununda da Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Beləliklə, 4 aydır ki, ölkədə qiymətlərin orta illik artımı dəyişmir.
Xatırladaq ki, bu ilin avqust ayında Azərbaycan hökuməti bu il orta illik inflyasiya ilə bağlı proqnozunu 4,8%-dən 5,7%-ə qaldırıb.