İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, filial 9 ayda 3,15 milyon manat mənfəət əldə edib.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,2% azdır.
Bu il oktyabrın əvvəlinə İran bankının aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 5,8% az - 114,3 milyon manat, o cümlədən kredit portfeli 25,4% çox – 2,8 milyon manat təşkil edib. Bakı filialının öhdəlikləri 57,8 milyon manat (15% az), o cümlədən depozit portfeli 35,65 milyon manat (0,1% çox), balans kapitalı isə 56,5 milyon manat (6% çox), o cümlədən nizamnamə kapitalı 73,6 milyon manat (dəyişməyib) olub.