SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Azərbaycanın dövlət büdcəsinin 9 aylıq profisiti açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin 9 aylıq profisiti açıqlanıb

  • 09 oktyabr 2026, 21:16

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 312,1 milyon manat, xərcləri isə 25 348,2 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,6% və 2,8% çoxdur.

Son nəticədə büdcədə 3 963,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 11,4% azdır.

Skat.az - Ev və Avtomobil elanları