SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Azərbaycan Kredit Bürosu çoxdan gözlənilən yeniliyi etdi

"Azərbaycan Kredit Bürosu" çoxdan gözlənilən yeniliyi etdi

  • 08 oktyabr 2026, 17:16

Azərbaycanda kreditləşmə sahəsində çoxdan gözlənilən yeni xidmət istifadəyə verilib.

Bu barədə Yurd.Media-ya "Azərbaycan Kredit Bürosu" (AKB) MMC-dən bildirilib.

Məlumata görə, söhbət rəqəmsal kredit tarixçəsi platforması olan "Findoc" portalındakı (Portal) "Stop-Kredit" xidmətindən gedir.

O, vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə və yaxud mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradır.

"Stop-Kredit" xidmətini vətəndaşlar Portal üzərindən ləğv etmək və yaxud yenidən aktivləşdirmək imkanına malikdirlər.

Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və hazırda Portalda qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən artıqdır.

Skat.az - Ev və Avtomobil elanları