SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Azərbaycan maliyyə idarəçiliyində Sinqapur və Norveçlə yanaşı dünyanın ilk 3-lüyündə

Azərbaycan maliyyə idarəçiliyində Sinqapur və Norveçlə yanaşı dünyanın ilk 3-lüyündə

  • 08 oktyabr 2026, 12:01

Azərbaycanın büdcə profisiti, dövlət xərclərinin səmərəliliyi və dövlət borcu üzrə göstəriciləri ölkəyə beynəlxalq reytinqdə yüksək mövqe qazandırıb.

Maliyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Azərbaycanın maliyyə idarəçiliyi "Chandler Governance Group"un dərc etdiyi 2026-cı ilə dair "Chandler Yaxşı İdarəetmə İndeksi" (Chandler Good Government Index 2026 - CGGI 2026) hesabatında yüksək nəticə göstərib.

Məlumata görə, ölkəmiz indeksin əsas qiymətləndirmə istiqamətlərindən olan "Maliyyə idarəçiliyi" (Financial Stewardship) üzrə 133 ölkə arasında Sinqapur və Norveçdən sonra 3-cü yeri tutub.

"Maliyyə idarəçiliyi" meyarı üzrə qiymətləndirmə "büdcə profisiti", "dövlət xərclərinin səmərəliliyi" və "dövlət borcu" indikatorları üzrə aparılıb. Azərbaycan bu indikatorlar üzrə yüksək nəticələr göstərərək "büdcə profisiti" üzrə 1-ci, "dövlət xərclərinin səmərəliliyi" üzrə 16-cı, "dövlət borcu" üzrə isə 26-cı mövqedə yer alıb.

Təşkilatın dərc etdiyi hesabatda bildirilir ki, "maliyyə idarəçiliyi" meyarı üzrə yüksək nəticə göstərən ölkələrdə, o cümlədən Azərbaycanda səmərəli dövlət maliyyə idarəçiliyi, büdcə intizamı və fiskal şəffaflıq vətəndaşlar üçün daha yaxşı nəticələrin təmin edilməsi və iqtisadi inkişaf baxımından mühüm idarəetmə şərtləridir.

"Chandler Governance Group" mərkəzi Sinqapurda yerləşən və qlobal miqyasda dövlət sektorunun səmərəliliyini artırmağa xidmət edən beynəlxalq təşkilatdır. Hökumətlərə dövlət idarəçiliyinin gücləndirilməsi və praktik islahatların aparılması istiqamətində dəstək göstərən təşkilat 2021-ci ildən etibarən dünya ölkələrinin hökumət imkanlarını, effektivliyini, dövlət idarəçiliyi keyfiyyətini ölçən və qiymətləndirən nüfuzlu qlobal indeks yayımlayır.

Skat.az - Ev və Avtomobil elanları