Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda işsizlikdən sığorta daxilolmaları 179,9 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% çoxdur.
İşsizlikdən sığorta daxilolmaları proqnozu 104,65% icra edilib.
9 ayda işsizlikdən sığorta haqlarının 139,5 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb.
Bu isə 1 il əvvələ nisbətən 10,6% çoxdur.