Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 758,8 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% azdır.
İcbari tibbi sığorta daxilolmaları proqnozu 102,4% icra edilib.
9 ayda icbari tibbi sığorta haqlarının 507 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 12,1% azdır.