Azərbaycanın valyuta mübadiləsi bazarına daha bir şirkət daxil ola bilər.
Yurd.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə istinadən xəbər verir.
Yeni qeydiyyatdan keçmiş şirkət “Merd Alliance” MMC-dir.
Onun nizamnamə kapitalı 600 min manatdır ki, bu da kommersiya qurumuna Bakıda azı 1 valyuta mübadiləsi məntəqəsi açmağa imkan verir.
Şirkətə rəhbərlik edən Rəqsanə Abdullayeva vaxtilə ölkənin lizinq şirkətlərindən birində pay sahibi olub.
Hazırda 7 şirkət Azərbaycan Mərkəzi Bankının “Exchange” lisenziyasına sahibdir. Onların 1-i 2 məntəqə ilə, 6-sı isə 1 məntəqə ilə fəaliyyət göstərir.