SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
SOCAR-ın yeni istiqrazları ümumi dəyəri qədər təkrar bazarda alınıb-satılıb

SOCAR-ın yeni istiqrazları ümumi dəyəri qədər təkrar bazarda alınıb-satılıb

  • 02 fevral 2026, 14:33

Dövlət Neft Şirkətinin (SOCAR) 1 noyabr 2021-ci ildə 5 il müddətinə tədavülə buraxdığı, ümumi dəyəri 100 milyon ABŞ dolları olan yeni istiqrazlarla təkrar bazarda 97,3 milyon dollarlıq əməliyyat aparılıb.

Bu barədə Yurd.Media-ya “SOCAR Capital” MMC-dən bildirilib.

Məlumata görə, qiymətli kağızlar 1 612 dəfə alınıb-satılıb.

Bu gün hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqraza görə sayca 17-ci faiz ödənişi həyata keçirilib.

İllik gəlirliliyi 4,5% olan istiqrazlara görə investorlara 1,125 milyon dollar ödənilib. Bununla da, istiqraz sahiblərinin ümumi faiz gəlirləri 19,125 milyon dollara çatıb.

Ümumilikdə, SOCAR 2016-cı ildən ilk istiqrazlarını buraxandan bəri investorlara 53,125 milyon dollar faiz ödəyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları