SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Yelo Bank Avropanın sanksiyalarına məruz qaldı - AÇIQLAMA

"Yelo Bank" Avropanın sanksiyalarına məruz qaldı - AÇIQLAMA

  • 24 aprel 2026, 16:42

Rusiyadan olan milyarder Vahid Ələkbərova məxsus “Yelo Bank" ASC Avropanın sanksiyalarına məruz qalıb.

Yurd.Media xəbər verir ki, Bankın adı Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketində yer alıb.

Məsələ ilə bağlı "Yelo Bank" açıqlama verərək bildirib ki, sözügedən qərar banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dairdir.

"Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir", - məlumatda bildirilir.

Qeyd edək ki, "Yelo Bank" ASC bu ilin I rübünün yekunlarına görə 6,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% azdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları