“PAŞA Bank” ASC hər birinin nominal dəyəri 20 manat olan 932 926 ədəd yeni səhmini kütləvi şəkildə hərraca çıxaracaq və fiziki şəxslərə satacaq.
Yurd.Media xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib.
Onun sözlərinə görə, bütün səhmlər satılsa, “PAŞA Bank”ın nizamnamə kapitalı 354 511 800 manatdan 372 990 320 manata yüksələcək.
Yeni səhmdarlar isə Bankın nizamnamə kapitalında 5% paya malik olacaq.