Azərbaycanda daha bir sığorta şirkəti, "Atasığorta" ASC-nin lisenziyası ləğv ediləndən sonra ölkədə 15 sığorta şirkəti qaldı.
Yurd.Media xatirladir ki, təxminən 13 il əvvəl bu rəqəm 28 idi. Bazarı 2014-cü ildə "Royal Sığorta", 2015-ci ildə "Era Trans Sığorta", 2016-cı ildə "Alfa Sığorta", "Azərqarant Sığorta", "Beynəlxalq Sığorta", "Buta Sığorta" və "Qarant Sığorta", 2017-ci ildə "Başak İnam Sığorta", 2020-ci ildə "Standard Insurance", 2021-ci ildə "AXAMbask", "Amrah Sığorta" və "Rəvan Sığorta", 2023-cü ildə "Günay Sığorta", 2024-cü ildə "Azərsığorta" və "Bakı Sığorta" tərk etdilər.
Əvəzində 2019-cu ildə "Xalq Həyat Sığorta", 2020-ci ildə "Aqrar Sığorta" (müştərək sığorta şirkəti), 2021-ci ildə isə "Meqa Həyat Sığorta" bazara daxil oldular.
Həyat davam edir...