SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Daha bir şirkət Azərbaycanın sığorta bazarını tərk etdi

Daha bir şirkət Azərbaycanın sığorta bazarını tərk etdi

  • 20 aprel 2026, 12:09

Daha bir şirkət Azərbaycanın sığorta bazarını tərk etdi.

Azərbaycan Mərkəzi Bankından (AMB) Yurd.Media-ya bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "AtaSığorta" ASC-yə verdiyi 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziyanı ləğv edib.

Məlumata görə, Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır. Ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.

"Atasığorta" ASC-nin öhdəlikləri "Atəşgah Sığorta" ASC-yə ötürülüb.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 8,256 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

"Atəşgah Sığorta" isə 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları