"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəmə strukturu ("PASHA Bank Georgia") 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, törəmə bank ötən il 2,5 milyon lari və yaxud 1,6 milyon manat xalis mənfəət əldə edib (əvvəlki ili 7,2 milyon lari və yaxud 4,6 milyon manat mənfəətlə başa vurmuşdu).
Bu ilin əvvəlinə “PASHA Bank Georgia”nın aktivləri ötən ilin əvvəlinə nisbətən 6,3% az - 661,7 milyon lari (416,85 milyon manat), o cümlədən xalis kredit portfeli 5,7% çox – 423,4 milyon lari (266,7 milyon manat) təşkil edib.
Törəmə bankın öhdəlikləri 521,7 milyon lari (328,65 milyon manat, 11% az), o cümlədən depozit portfeli 429,8 milyon lari (270,8 milyon manat, 16,7% az), balans kapitalı isə 140 milyon lari (88,2 milyon manat, 17,1% çox), o cümlədən nizamnamə kapitalı 136,8 milyon lari (86,2 milyon manat, dəyişməyib) olub.
Qeyd edək ki, 1 lari 63 qəpiyə bərabər götürülüb.