SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“PAŞA Bank”ın Türkiyə bazarında mənfəəti 25%-ə yaxın azalıb

“PAŞA Bank”ın Türkiyə bazarında mənfəəti 25%-ə yaxın azalıb

  • 06 may 2026, 17:29

"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" 2026-cı ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, törəmə bank ötən il 103,9 milyon lirə və yaxud 4,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% azdır.

Bu il aprelin əvvəlinə "PAŞA Yatırım Bankası"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 20,4% çox – 15 167,8 milyon lirə (606,7 milyon manat), o cümlədən xalis kredit portfeli 25,8% çox – 7 330,3 lirə manat (287,1 milyon manat) təşkil edib.

Törəmə bankın öhdəlikləri 12 739,9 milyon lirə (509,6 milyon manat, 18,8% çox), balans kapitalı isə 2 427,9 milyon lirə (97,1 milyon manat, 29,4% çox), o cümlədən nizamnamə kapitalı 500 milyon lirə (20 milyon manat, dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları