"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, törəmə bank 9 ayda 443,2 milyon lirə və yaxud 17,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.
Bu il oktyabrın əvvəlinə "PAŞA Yatırım Bankası"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 29,7% çox - 14 227,5 milyon lirə (569,1 milyon manat), o cümlədən xalis kredit portfeli 33,3% çox – 699,3 lirə manat (268 milyon manat) təşkil edib.
Törəmə bankın öhdəlikləri 12 032,4 milyon lirə (481,3 milyon manat, 29,8% çox), balans kapitalı isə 2 195,1 milyon lirə (87,8 milyon manat, 29,3% çox), o cümlədən nizamnamə kapitalı 500 milyon lirə (20 milyon manat, dəyişməyib) olub.