SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“PAŞA Bank”ın Gürcüstan bazarında mənfəəti kəskin azalıb

“PAŞA Bank”ın Gürcüstan bazarında mənfəəti kəskin azalıb

  • 24 noyabr 2025, 16:02

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, törəmə bank 9 ayda 1,2 milyon lari və yaxud 0,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə azdır.

Bu il oktyabrın əvvəlinə “PAŞA Bank Gürcüstan”ın aktivləri ötən il oktyabrın əvvəlinə 4,4% çox – 638,6 milyon lari (402,4 milyon manat), o cümlədən xalis kredit portfeli 6,1% çox - 363,65 milyon lari (229,1 milyon manat) təşkil edib.

Törəmə bankın öhdəlikləri 513,5 milyon lari (323,5 milyon manat, 4% çox), o cümlədən depozit portfeli 409,8 milyon lari (258,2 milyon manat, 4,9% az), balans kapitalı isə 125,2 milyon lari (78,9 milyon manat, 5,7% çox), o cümlədən nizamnamə kapitalı 136,8 milyon lari (86,2 milyon manat, dəyişməyib) olub.

Prime Leasing
SPE Annual Caspian