"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2026-cı ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, törəmə bank yanvar-mart aylarında 4,1 milyon lari və yaxud 2,6 milyon manat xalis mənfəət əldə edib (ötən ilin eyni dövrünü 0,9 milyon lari və yaxud 0,6 milyon manat zərərlə başa vurmuşdu).
Bu il aprelin əvvəlinə “PASHA Bank Georgia”nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 4,5% az – 669,1 milyon lari (421,5 milyon manat), o cümlədən xalis kredit portfeli 7,8% çox – 417,3 milyon lari (262,9 milyon manat) təşkil edib.
Törəmə bankın öhdəlikləri 525 milyon lari (330,7 milyon manat, 9% az), o cümlədən depozit portfeli 426,7 milyon lari (268,8 milyon manat, 13,3% az), balans kapitalı isə 144,1 milyon lari (90,8 milyon manat, 17% çox), o cümlədən nizamnamə kapitalı 136,8 milyon lari (86,2 milyon manat, dəyişməyib) olub. Qeyd edək ki, 1 lari 63 qəpiyə bərabər götürülüb.