Mərkəzi Bank tərəfindən “Rabitəbank” ASC-yə qarşı 1 857 manat maliyyə sanksiyası tətbiq olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Rabitəbank” manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamadığına görə bu sanksiya ilə üzləşib.
Belə ki, bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir.
Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər. 15.07.2025-14.08.2025-ci il tarixlərini əhatə edən saxlama dövründə isə “Rabitəbank” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib.