Bu ilin yanvar-iyul aylarında “Meqa Sığorta” ASC 18,85 milyon manat sığorta haqqı toplayıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı 7 aylıq sığorta icmalına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% azdır.
Son 1 ildə şirkətin ödənişləri isə 23,8% artaraq 9,2 milyon manata çatıb.
İl ərzində “Meqa Sığorta”nın zərərliliyi isə 34,3%-dən 49%-ə dəyişib.