Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin 3 illik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Nazirlikdən Yurd.Media-ya bildirilib ki, hərracda 19,3 milyon manatlıq istiqraz illik 7,6-7,8%-lə yerləşdirilib.
Xatırladaq ki, paralel olaraq Mərkəzi Bank da not hərracları keçirir. Notlar illik 7%-lə yerləşdirilir.
Başqa sözlə, Maliyyə Nazirliyinə "borc vermək" Mərkəzi Bankdan sərfəlidir.