Bu günə “Kapital Bank” ASC-yə məxsus “Birkart” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 98,836 milyon manat təşkil edir.
Yurd.Media xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 11,9% çoxdur. Yəni, “Kapitalbank” təkcə 2025-ci ildə “Birkart”ın nizamnamə fonduna 10,5 milyon manat investisiya yatırıb.
Xatırladaq ki, “Birkart” 2024-cü ili 402 min manat zərərlə başa vurub. Bu, 2023-cü ilə nisbətən 3,4 dəfə çoxdur. Bununla da, BOKT-un yığılmış zərəri illik müqayisədə 52,2 % artaraq 1,172 milyon manata çatıb.