Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan cəmi 1-nin Mərkəzi Bank qarşısında öhdəliyi olub.
Yurd.Media xəbər verir ki, bu, yenə də “Kapital Bank”dır.
Onun tənzimləyici quruma borcu 0,45 milyon manat təşkil edib və ötən il oktyabrın 1-nə nisbətən cəmi 4,1% az olub.
Qalan 21 bankın Mərkəzi Banka borcu olmayıb. Onlardan 12-si son 1 ildə Mərkəzi Bankdan borc götürmədiyini bəyan edib.