“Bakı Fond Birjası” QSC 2026-cl ilin I rübünün yekunları ilə bağlı əməliyyat göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, yanvar-mart aylarında Birjada 11 853,8 milyon manatlıq əqd bağlanılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% azdır.
3 ayda Birjada bağlanılmış əqdlərin sayı isə 1 il əvvələ nisbətən 20,3% az – 5 934 olub.